Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Arda Turan “Barselona”nın ən uğursuz futbolçusu oldu

İspaniya çempionatının ən uğursuz 11 futbolçusunun siyahını açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyahıda Türkiyə yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Arda Turan da yer alıb. Siyahını nüfuzlu goal.com saytı tərtib edib.

Arda Turandan əlavə daha bir Kataloniya klubunun təmsilçisi Aleks Vidal da siyahıya daxil olub. “Real Madrid” klubunun 2 futbolçusu da “ən uğursuz 11″də yer alıb.

Bunlar Danilo və İskodur. Ən çox “Valensiya”nın futbolçuları siyahıya daxil olub. “Yarasalar”ın 3 futbolçusu ən uğursuz hesab olunub. Bunlar Aymen Abdennour, Andre Gomes və Neqredodur.

Pau Lopez – “Espanyol”un qapıçısı

Aleks Vidal – “Barcelona”

Aymen Abdennour, Andre Gomes və Neqredo – “Valensia”

Danilo və İsko – “Real Madrid”

Van der Vaart – “Real Betis”

Karlos Vela – “Real Sosyedad”

Lorente – “Sevilya”

Arda Turan ötən yay “Atletiko Madrid”dən “Barselona”ya keçib. Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən yanvar ayının 7-nə kimi meydana çıxa bilməyib.

Arda Turan ötən ilin yayından bəri Kataloniya klubunun şərəfini qoruyur. Artıq türkiyəli ulduz katalon klubunun heyətində fərqlənməyədə bacarıb.

İspaniya çempionatının “ən uğursuz 11" futbolçusunun siyahısı

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Çelsi”dən 48 milyonluq transfer

%d bloqqer bunu bəyənir: