Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Araz” zavodundakı partlayış Yavər Camalovun qardaşını bitirir

Xəbər verildiyi kimi, iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış baş verib. Partlayış nəticəsində rəsmi məlumatlara görə, 2 nəfər həlak olub. Yaralananlardan isə hazırda 3-nün müalicəsi davam etdirilir. 

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, digər zəruri prosesual hərəkətlər aparılıb.

Bundan başqa, ölkə başçısının sərəncamı ilə  hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası ta yaradılıb.

İlkin qeyri-rəsmi iddialara görə, partlayışın baş verməsində görə zavod rəhbərliyinin məsuliyyəti araşdırılır. Artıq onlar barədə ciddi ölçü götürüləcəyinə dair müsbət ekspertlər tərəfindən müəyyən ehtimallar irəli sürülür.

“Qaynarinfo.Az”-ın əldə etdiyi məlumata görə, baş verən hadisə zavodun yerləşdiyi Şirvan şəhərinin icra başçısı Mərdan Camalovu da bitirə bilər. Həm də müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı olan M.Camalovun cəzalandırılması üçün səbəb kimi onun zavoda təyinatlarda əsas söz sahibi olması göstərilir. ““Araz” zavodunun rəhbərliyində kimlərin təmsil olunmasını, kimlərin hansı vəzifələri yerinə yetirilməsini qeyri-rəsmi şəkildə Yavər Camalovun qardaşı müəyyənləşdirir. Zavodda bütün təmir və tikinti işləri, həmçinin istehsal və satış işləri də məhz onun nəzarəti altında həyata keçirilir” deyə bildirilir.

Bütün bunları nəzərə aldıqda baş verən faciəli partlayışın həm də Mərdan Camalovun vəzifəsindən kənarlaşdırılması ilə yekunlaşması ehtimalı kifayət qədər ağlabatan görünür.

Xatırladaq ki, 11 ildir Şirvan şəhərinə  rəhbərlik edən M.Camalov qardaşı kimi, geniş biznes imkanları ilə tanınır. Onun həm rəhbərlik etdiyi şəhərdə, həm də Bakıda şadlıq sarayları, restoranlar da daxil olmaqla xeyli obyekti var.

Mərdan Camalov

Onu da maraq üçün deyək ki, “Araz” zavodu yalnız müdafiə təyinatlı məmulatların yaradılması, təkmilləşdirilməsi, istehsalı və ya rabitə avadanlığı üzrə coxkanallı ötürmə sistemləri üzrə xətti trakt avadanlıqları istehsalı, texniki təyinatlı məhsulların və xalq istehlakı mallarının istehsalı ilə məşğul deyil.

Zavodda həmçinin xalq istehlakı və mülki təyinatlı məhsullar – park üçün oturacaqlar, park üçün dekorativ fənərlər, küçə işıq dirəkləri (8,5 m, 2,4 m), küçə və park üçün zibil qutuları, metal konstruksiyalar, avtomobil nəqliyyatlarının hərəkətini tənzimləyən işıqfor, diyircəklər, bucaqlıqlar, mebellər istehsal edilir və satışa çıxarılır…

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məmurlar prezidentin hədə-qorxusundan niyə çəkinmir?

%d bloqqer bunu bəyənir: