Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101475

Aqil Abbas: “Ermənilər o filmə baxıb və təhqir, söyüş yazıblar”

Xalq artisti, tanınmış rejissor və aktyor Ramiz Əzizbəylinin kinomuzun son vəziyyəti haqqında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Hətta bu, qalmaqala səbəb olur. Xalq artistinin “Son 10 ildə çəkilən filmlər ”vozduxdur”” deməsi deputat, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbası hiddətləndirib.

Deputat xalq artistini rejissorların işini, zəhmətini yerə vurmaqda suçlayıb: “Ramiz Əzizbəyliyə həm rejissor, həm də sənətkar kimi böyük hörmətim var. Amma Ramiz Əzizbəyli deyir ki, son 10 ildə çəkilən filmlər ”vozdux”dur. Halbuki son 10 ildə çox gözəl filmlər çəkilib və həmin filmlər beynəlxalq festivallarda nümayiş olunub, layiqli yerlər tutublar. Son 10 ildə çox yaxşı filmlər çəkilib axı. İndi bir-bir adlarını da çəkə bilərəm. Ramiz müəllimin belə bir söz deməsini heç gözləməzdim”.

Aqil Abbas onun eyni adlı romanına çəkilən “Dolu” filmini son illərdə çəkilən ən baxımlı film adlandırıb: “Mənim ”Dolu” filmimə gəldikdə isə o film youtbe-da 3 kanalda qoyulub. Təxminən 300 min adam o filmə baxıb. Hələ Azərbaycan dilində olanını deyirəm. Onun alt yazısı ilə türk, gürcü, rus variantı da var. İnternet resurslarında onların hamısını yerləşdirməmişik, yalnız azərbaycanca olanıdır. Ermənilər də o filmə baxıb və təhqir, söyüş yazıblar. Başqa millətlərdən də ona baxanlar olub. Baxmışam, hətta film haqqında 420 şərh var. Sözümü ona gətirirəm ki, o romanı mən yazmışam, 20 ilə yazdığım romandır, içimdə yaşatdığım, həyatda yaşadığım romandır. Yəni o filmdə nə varsa hamısını yaşamış adamam… Döyüşlərdə qucağımda ölənlər, əlimə dəfn etdiyim insanlar…

Yaxud gedib ermənilərin cəsədlərini gətirmişəm. Yəni o insanları görmüşəm, yaşamışam, yazmışam.

Film çox böyük uğur qazanıb. Filmi əməkdar incəsənət xadimi Elxan Cəfərov çəkib. O, bir çox savaş filmləri çəkib. Hamısı da uğurludur. Yəni bu dərəcədə filmlərə yuxarıdan aşağı baxmaq… Bunu, sadəcə, Ramiz Əzizbəylidən gözləməzdim, vəssalam. Ona böyük hörmətim var, amma rejissorların əməyini, zəhmətini yerə vurmasın!”

Deputat yeni çəkilən filmlərin az təbliğ olunmasından da şikayətləndi: “Televiziyalar yeni çəkilən filmlərə çox az müraciət edir. Məsələn, ”Əhməd haradadır?” filmini hər həftə bir televiziya kanalı nümayiş etdirir. Keçmiş filmləri daha çox göstərirlər, nəinki yenilərini. Görünür, keçmiş filmlərə pul vermirlər, amma yenilərə 50-60 manat vermək lazım gəldiyi üçün onlara müraciət etmək marağında deyillər. “Dolu” kimi filmləri də işğal, müharibə günləri bütün kanallar verir. Baxanda mən də pərt oluram. Başqa günlər onları göstərmək ayıbdır?(musavat.com)

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Millət vəkili AŞPA-da xocalıların çağırışını səsləndirib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: