Now Reading:
Aqil Abbas: ATƏT adında təşkilat tanımıram
Full Article 1 minutes read

Aqil Abbas: ATƏT adında təşkilat tanımıram



ATƏT-in Media Azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç Azərbaycanın baş prokuroru Zakir Qaralovun Cinayət Məcəlləsinə böhtan və təhqirə görə təklif etdiyi düzəlişləri pisləyib. O, hökuməti diffamasiya haqda “çoxdankı vədini” yerinə yetirməyə çağırıb.

Milli Məclisin üzvü, yazıçı, jurnalist Aqil Abbas bununla bağlı AzadlıqRadiosu-na deyib:

– Əgər kimsə kimisə təhqir edirsə, o cümlədən dövlət başçısını təhqir edirsə, məhkəməyə verilməlidir. Eləcə də məni təhqir edirsə, mən onu məhkəməyə verəcəm ki, bala, niyə yalançı profil açıb məni təhqir edirsən?

– Aqil bəy, Dunya Myatoviç bu düzəlişləri…

– Mən ATƏT adında təşkilat tanımıram. 23-24 ildir başımızın altına yastıq qoyurlar. Elə yalandan gəlirlər, gedirlər. Yalançı bir təşkilatdır. Mən niyə ATƏT-in dediyinə açıqlama verməliyəm? Mən belə təşkilat tanımıram.

– ATƏT-i qoyaq qırağa, baş prokurorun parlamentə göndərdiyi təkliflərə necə baxırsınız?

– Əl qaldıracam, vəssalam.

– Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı ayrıca qanun var, yenidən Cinayət Məcəlləsinə maddə daxil etməyə, bununla bağlı məsuliyyəti sərtləşdirməyə ehtiyac varmı?

– Soruşdunuz, mən də dedim ki, əl qaldıracam, vəssalam.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: