Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ərdoğan Bakıdan Putinə səsləndi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

ANS PRESS-in Türkiyə KİV-nə istinadla verdiyi məlumata görə, Ərdoğan dolayısı ilə Putini Əsəd rejimini dəstəkləməməyə çağırıb. O bildirib ki, Suriyada öz xalqını barel bombaları ilə öldürən bir terrorçu var.

“Bəs bu terrorçuları qırmızı xalçalarla qarşılayanlar, silah yardımı edənlər məsuliyyət daşımırmı? Suriyada artıq qruplar arasında terror deyil, dövlət terroru var. Onlar öz xalqını bombalayırlar”, – deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan deyib ki, Türkiyə terrorla mübarizədə əlindən gələni edir.

Rusiya və Türkiyə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozan Rusiya qırıcısı Silahlı Qüvvələr tərəfindən vurulub.

Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də Rusiya tərəfi bu iddiaları rədd edib. Bundan başqa, Rusiya Türkiyənin bu addımını “arxadan vurulan zərbə” adlandırıb. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.
Rusiya Türkiyədən idxal etdiyi kənd təsərrüfatı məhsullarının əksəriyyətinə qadağa qoyub. İdxalı qadağan edilən türk məhsulları siyahısına toyuq və hinduşka əti, pomidor, soğan, gül kələmi, xiyar, portağal, mandarin, üzüm, alma, armud, ərik, şaftalı, gavalı, çiyələk kimi kənd təsərrüfatı məhsulları, həmçinin duz və qərənfillər daxil edilib.

Hətta noyabrın 29-da Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə sanksiyalar tətbiq olunması barədə qərarından sonra Rusiyanın cənub dənizlərinə çıxışı olan Türkiyə boğazlarının bağlanması məsələsi gündəmə gəlmişdi.

“Montre boğazlar konvensiyası”na görə Rusiyanın 2023-cü ilə qədər Bosfor və Dardanel boğazlarından istifadə hüququ olsa da müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyə bu boğazlardan istədiyi kimi istifadə statusuna malikdir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Əli Kərimli İlham Əliyevin nə etməli olduğunu göstərdi

%d bloqqer bunu bəyənir: