Aprel savaşında döyüşən gizir rüşvətlə tutulub

2014-cü ildə Ağsunun Ləngəbiz kənd sakini, əsgər Valeh Abdullayev Müdafiə Nazirliyinin Qusarda yerləşən N saylı Hərbi Hissədə gizir Nazim Şeydayevlə cinayət əlaqəsinə girib.

24saat.org-a verilən məlumata görə, Valehin atası Fəqan Abdullayev gizir Şeydayevə 500 manat rüşvət göndərib.

Məqsəd oğlunu nisbətən yüngül hərbi xidmət şəraitə köçürmək olub. Gizir Şeydayev həmin pulu mənimsəyib.

Lakin nə rüşvət verən, nə də alan məsuliyyətə cəlb edilib. Amma həmin cinayətdə iştirak etməyən və bu əməllərdən məlumatsız olan şəxs məsuliyyətə cəlb olunub.

Belə ki, Müdafiə Nazirliyinin Tərtərdə düşmənlə üzbəüz duran, aprel savaşının iştirakçısı gizir Siyasət Seyidov Babaseyid oğlu bu il oktyabrın 17-də həbs edilib. Hazırda iş Sumqayıt Hərbi Prokurorluğunun icraatındadır.

Sumqayıt Hərbi Prokurorluğunun istintaq materiallarında qeyd olunub ki, həbs olunan gizirin əleyhinə rüşvət verən V.Abdullayevin və N.Şeydayevin ifadələri var.

Gizir Seyidov isə ittihamla razılaşmır. O, verilən ifadələrin yalan olduğunu bildirib. Bu cinayət işi ilə bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

24saat.org

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Qorxmaz Hüseynov yüzlərlə ailəni çörəksiz qoydu – Təfərrüat

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: