Loading...
Loading...

“Aprel döyüşlərinin davamı gəlməlidir”

Aprel döyüşlərindən sonra qoşunların təmas xəttində xüsusi izləmə radarlarının yerləşdirilməsini təklif etmiş, lakin uğur qazana bilməmiş Ermənistanda ortaya buna bənzər yeni ideya atılıb.

ANS PRESS-in məlumatına görə, Ermənistan hakimiyyətinə yaxın olan KİV-lər təmas xəttinə ATƏT-in pilotsuz uçan aparatlarını (PUA) yerləşdirməyi təklif edirlər. Məsələn, müdafiə naziri Seyran Ohanyana yaxınlığı ilə tanınan “Lragir” portalı siyasi şərhçi Artyom Yerkanyanın bu barədə yazdığı məqaləni dərc edib.

“Bu çağdaş pilotsuz qurğular kamera və radarla təchiz edilib, atəşkəs reciminə riayət edilməsinin monitorinqi üçün ən əlverişli vasitə sayılırlar. Uçan aparat istənilən hava şəraitində işləyə bilər və səkkiz saat ərzində əlavə enerjiyə ehtiyac olmadan uça bilir. Onların təqdim etdiyi göstəricilərin dəqiqliyi heyrət doğurur”.

Bu cür PUA-ların yetirəncə baha, təxminən 2 milyon dollar olduğunu vurğulayan Artyom Yerkanyan Fransanın məsələ ilə bir az xərc çəkib təmas xəttində bu cür aparatlar yerləşdirməsini arzulayır. Amma Artyom Yerkanyan bu məsələdə əsas məqamı unudur – Ukrayanda ATƏT-in PUA-larının monitorinq aparması üçün təklifi Donbas seperatçıları deyil, Ukrayna verib. Çünki Donbas ərazisi Ukraynanın beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri daxilindədir.

Yəni Azərbaycan icazə verməzsə, heç bir beynəlxalq qurum onun ərazisinin üzərində PUA-lar uçura bilməz. Uçurmaq istəyərsə belə, bu, düşmən tərəfin kəşfiyyat PUA-sı sayılaraq vurulacaq. ATƏT də Azərbaycanın razılığ olmadan təmas xəttində bu cür aparatların hərəkətinə icazə verməz.

Təbii ki, bunu Ermənistan tərəfi də anlayır, amma buna baxmayaraq bu qəbildən olan məlumatlarla gündəmi narahat edirlər – müxtəlif beynəlxalq qurumlara bununla bağlı cavağsız müraciətlər edir, Azərbaycanın bu təkliflərlə razılaşmamasından şikayət edir və s… Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində Ermənistanın bu cür mənasız təkliflərlə vaxt udmaq istədiyini bildirib:

“Ermənistanın bu cür mənasız təkliflərinin bir məqsədi var – vaxtı uzatmaq və ordunu işğal edilməmiş Azərbaycan ərazilərindən çıxarmamaq. Bu zaman işğal edilmiş Azərğaycan torpaqlarında verilən əsgər itkiləri də qulaq ardına vurulur. Qarabağdan Ermənistana hər gün 1-2 nəfər əsgər meyiti gedir”.

Üzeyir Cəfərov bu cür təkliflər irəli sürməyi həm də Ermənistan diplomatiyasının uğursuzluğu sayır:

“Qarşı-qarşıya səngər tutmuş iki döyüşən ordunun təmas xəttində bu cür PUA-ların hərəkətinə kim icazə verər? Hansı komandir razı olar ki, PUA-lar səngərlərin üstü ilə hərəkət edərək mövqeləri çəkib kənara ötürsün? Bunun düşmənə deyil, ATƏT-ə məxsus PUA olduğunu hardan biləcəklər? Təbii ki, istənilən komandirin ilk vəzifəsi həmin PUA-nın vurulması olacaq. Həmin PUA-lar vurulduqdan sonra təmas xəttində ilk atəş kimin atdığını necə sübut edəcəklər? Bu cür təkliflərin elə ilk öncədən məntiqsiz olduğu anlaşılır”.

Təbii ki, Ermənistan hakimiyyəti münaqişənin həllini bu üsullarla sonsuzluğa qədər uzada bilməz. Aprel döyüşlərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın döyüşməyə qərarlı olduğunu nəzərə alaraq münaqişənin həllində irərliləyiş əldə etməyə çalışırlar. Amma Serj Sarkisyan münaqişənin həllini öz prezidentlik hakimiyyətinin sonuna – 2018-ci ilə qədər uzutmaq istəyir və öz hakimiyyəti dövründə erməni ictimaiyyətinə “azad edilmiş torpaqlar” kimi təqdim etdikləri Azərbaycan rayonlarını geri qaytarmaq istəmir.

Üzeyir Cəfərov Sarkisyanı yola yalnız aprel döyüşlərinin davam etdirməklə gətirməyin mümkün olduğunu bildirir: “Azərbaycan daha geniş ərazilər azad etməklə Ermənistana ordusunun real gücünü göstərməlidir. Əks halda, Serj Sarkisyanı əvəz edənlər də bu cür oyunbazlıqla vaxt udmağa çalışacaqlar”.

Ehtiyatda olan polkovnik-letenant bu məsələdə haqlıdır. Azərbaycan Madrid prinsipləri çərçivəsində irəl gedərək bir həmlə ilə Ağdamı, Cəbrayıl və Zəngilanı, Kəlbəcəri və təbii ki, Tərtər üçün təhlükə yaradan Sərsəng su ambarını işğaldan aza edə bilər. Yəni bununla Ermənistan Madrid prinsiplərinə uyğun şəkildə geri çəkilməyə məcbur edilə bilər ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bunu yalnız alqışlamalıdırlar. Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həllinin əsas yolu məhz Azərbaycan ordusunun hərbi uğurundan asılıdır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Yaxın aylarda Qarabağda müharibə başlayır?

Loading...
%d bloqqer bunu bəyənir: