Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Aprel döyüşlərində yaralanan hərbiçimiz vəfat etdi – FOTO

Rahim Tağıyev bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək

Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq komaya düşən tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Ülkər, Nihat və Nicat adlı üç uşaq atası olan Rahim Tağıyev, 18 ildir ki, Milli Orduda xidmət edirdi.

Allah rəhmət eləsin!

http://bastainfo.com/

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Zərdüşt Əlizadə: “Satqınların, axmaqların, tamahkarların zəifliyindən istifadə edərək…”

%d bloqqer bunu bəyənir: