Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
100566.jpg

Aprel döyüşlərində iştirak edənlər evə göndərildi – Fotolar

Həqiqi hərbi xidmət müddəti başa çatan əsgər və zabitlərin bir hissəsi ordudan ehtiyata buraxılıb.

Moderator.az xəbər verir ki, Tərtər şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında əsgələrin yola salınma mərasimi keçirilib. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdırıb.
Ehtiyata buraxılan hər bir əsgər haqqında məlumat verilib, döyüşlərdə göstərdikləri rəşadətlərindən söhbət açılıb.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan əsgərlərə tərtərlilərin minnətdarlıq edib.
Ehtiyata buraxılan əsgərlərə hərbi biletlər, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə isə təşəkkür məktubları təqdim edilib.
Qeyd edək ki, ehtiyata buraxılan hərbçilərin hamısı aprel döyüşlərində iştirak edib.
Aprel döyüşlərində iştirak edənlər evə göndərildi -   Fotolar
Aprel döyüşlərində iştirak edənlər evə göndərildi -   Fotolar
Aprel döyüşlərində iştirak edənlər evə göndərildi -   Fotolar

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

"Yahoo" casusluqda ittiham olunur

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: