Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
haci-tale.jpg

Apellyasiya Məhkəməsi Taleh Bağırzadənin şikayətini təmin etmədi

“Müsəlman Birliyi” Hərəkatının sədri işgəncəyə məruz qaldığını deyir

Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin şikayətinə baxılıb.

Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yayıb. Onun sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə Taleh Bağırzadənin işgəncəyə məruz qalması ilə bağlı şikayətinin təmin olunmaması barədə Səbail rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Məhkəmə iclasına Taleh Bağırzadə də gətirilib. O bildirib ki, heç bir qanuni əsas olmadan oktyabrın 12-də 5 günlük karsa (cərimə təcridxanasına) salınıb. Taleh Bağırzadə deyib ki, karsa aşuraya və məhkəmədəki ifadələrinə görə salınıb.

Məhkəmə şikayəti təmin etməyib. Elçin Sadıqov qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini deyir.

Azadliq.info

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qazaxdakı mövqelərimiz atəşə tutuldu…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: