Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Antikorrupsiya sammiti hakimiyyəti təşvişə salıb – MÜLKLƏR SATIŞA ÇIXARILIR

Londonda keçirilən antikorrupsiya sammiti Azərbaycan hakimiyyətində ciddi narahatlığa səbəb olub. Məlumat üçün deyək ki, sammitdə korrupsiyaya qarşı mübarizə istiqamətində mühüm sənəd qəbul olunub. Sənəddə qeyd olunur ki, bir sıra qlobal problrmlərin kökündə korrupsiya dayanır. Bu baxımdan korrupsiyaya qarşı ciddi mübarizə aparılmalı, konkret addımlar atılmalıdır. Sənədi 40 ölkənin nümayəndəsi imzalayıb. Bundan başqa, sammitə rəhbərlik edən Böyük Britaniyanın baş naziri Devid Kameron “The Guardian” qəzetinə yazdığı məqalədə bildirib ki, rəhbərlik etdiyi ölkədə xaricilərin aldığı əmlakla bağlı araşdırma aparılacaq. Onların pullarının mənbəyi öyrəniləcək. Çirkli pullarla alınan əmlaklar müsadirə olunacaq.

24saat.org-a daxil olan məlumata görə, Azərbaycan hakimiyyəti bu prosesin onlardan da yan keçməyəcəyinin fərqindədirlər. Artıq bəzi məmurların Avropa ölkələrindəki əmlaklarını tələsik satışa çıxarmaq barədə düşündükləri deyilir. Həmçinin, iqtidardakı oliqarxiya bank hesablarına həbs qoyula biləcəyini ehtimal edir. Məlumatda bildirilir ki, hazırda hakimiyyət daxilində Qərbin korrupsioner rejimlərə qarşı başlatdığı bu mübarizə ciddi müzakirə mövzusudur. Bəzi iddialara görə, iqtidarda görüntü xarakterli islahatlarla Qərblə münasibətləri loyallaşdırmaq və prosesdən az itki ilə çıxmaq barədə təkliflər də səsləndirilir.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ədliyyə naziri Fikrət Məmmədovun oğlu məhkəmələrə təzyiq edir – İDDİA

%d bloqqer bunu bəyənir: