Loading...
Loading...
101686

“Anti-korrupsiya idarəsinin prezident yanında fəaliyyəti nəyisə dəyişməyəcək”

Əyyub Kərimov: “Bu idarə müstəqil ola bilər, amma…”

Parlamentin bu gün keçirilən iclasında millət vəkilləri Fərəc Quliyev və Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib. Millət vəkilləri bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prezidentə tabe olan müstəqil qurum kimi fəaliyyət göstərməsi daha məqsədəuyğun ola bilər.
Maraqlıdır, anti-korrupsiya idarəsinin baş prokurora deyil, prezidentə tabe olması korrupsiyaya qarşı mübarizə baxımından nəyisə dəyişə bilərmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov belə bir dəyişikliyə lüzum görmədiyini vurğuladı:
“Hesab edirəm ki, bu idarənin prezidentin tabeçiliyində olması əməli baxımdan nəyisə dəyişməyəcək. Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyası var. Ramiz Mehdiyev də bu komissiyanın sədridir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi müsstəqil idarə ola bilər. Lakin yenə də həmin idarədə istintaq işlərini prokurorluq həyata keçirəcək. Onun prezidentə tabe olması nəyisə dəyişmir. Bu qurumun kimə tabe olmasından, hansı ad daşımasından asılı olmayaraq korrupsiyya qarşı mübarizə apamalıdır. Önəmli olan budur. Onsuz da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi gördüyü işlərlə bağlı baş prokurora hesabat verir. Əgər onun fəaliyyətində hansısa qüsurlar, çatışmazlıqlar varsa, prezident bununla bağlı öz iradlarını ortaya qoya bilər. Lakin bu idarənin baş prokuror deyil, prezidnt yanında fəaliyyət göstərməsi heç nəyi dəyiməyəcək”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Millət vəkilindən sərt tənqid: "AZAL dilənçiliklə məşğul olur"

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: