Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
107480

ANS-lə MTRŞ-ın 168 minlik davası –Məhkəmə prosesi

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası təxirə salınıb.

Hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə işə dekabrın 7-də baxılması qərara alınıb.
Qeyd edək ki, MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək “Abşeron” adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib.
Belə ki, MTRŞ ANS TV-nin Şuraya “Abşeron” əvəzinə, “Sevgi naminə” adlı serial təqdim etdiyini bildirib. ANS də bundan qarşılıqlı şikayət verib.(apa)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Köhnə tariflə istifadə edə bilərsiniz – Qazpulu ilə bağlı ŞAD XƏBƏR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: