Advertisements
24 saat

ANS-in daha bir aparıcısının yeni iş yeri məlum oldu


“Artıq bir neçə həftədir ki, ATV ilə birgə müəyyən layihələr üzərində işləyirdik. Bu layihələrdən birini reallaşdırmaq qərarına gəlmişik”.

Bu barədə Admiral.Az-a ANS TV-nin əməkdaşı, aparıcı Murad Əzimzadə bildirib.

O, yeni iş yeri olan ATV telekanalında yeni formatlı verilişlə efirə çıxacaq:

“Fərqli bir maqazin proqramı olan verilişimiz həftədə bir dəfə, 1 saat olmaqla efirə gedəcək. Tamaşaçılar bu dəfə məni yeni rakursda görəcəklər. Ümid edirəm ki, layihə uğurlu olacaq. Əlbəttə ki, bu heyətimizin birgə işindən və televiziyanın bizə göstərdiyi etimaddan asılıdır”.

Xatırladaq ki, M.Əzimzadə 2013-cü ildə ANS TV-də “Ağıl dəryası”, 2014-cü ildə “Xəbər sizsiniz” və 2016-cı ildə “Günəbaxan” verilişlərinin aparıcısı olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: