24 saat

ANS-in bağlanmasına səbəb olan aparıcı Bakıya qayıtdı


Yayımı dayandırılan ANS TV-nin ABŞ bürosunun rəhbəri, tanınmış jurnalist Qənirə Ataşova Azərbaycana gəlib.

24saat.org xəbər verir ki, Primetime.az-a daxil olan məlumata görə, onun qayıdışının səbəbi təmsil etdiyi televiziyanın bağlanmasıdır.

Qeyd edək ki, Qənirə ötən il avqust ayında çalışdığı media şirkətinin Amerika bürosuna rəhbər təyin olunmuşdu. Jurnalistin 15 iyulda İstanbulda hərbi çevrilişə edilən cəhddə əlaqəsi olduğu iddia olunan Fətullah Güləndən aldığı müsahibə efirdə yayımlanmasa da, bu qalmaqallı süjet ANS TV-nin lisenziyasının ləğvinə gətirib çıxardı.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: