ANS-çilər bir arada: Mirşahin ölkədən getdi Vahid Mustafayevin xəbər agentliyi fəaliyyətə başladı – FOTO


ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə məxsus olduğu deyilən “istipress” xəbər agentliyi artıq fəaliyyətə başlayıb. A24.az-ın məlumatına görə, artıq bir neçə gündür ki, saytda mütəmadi olaraq xəbərlər yayımlanır.

Onu da bildirək ki, bu agentlik də, fəaliyyəti dayandırılan ANSPRESS.com saytı kimi Amerika Birləşmiş Ştatlarında qeydiyyatdan keçirilib. Lakin saytın konkret olaraq kimin adına qeydiyyatdan keçirildiyi gizli saxlanılır.

Yeni fəaliyyətə başlayan agentliyin əsasən keçmiş ANS-çilərdən ibarət olduğu bildirilir.

98

Xatırladaq ki, bir müddət əvvəl ölkə.az saytı ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin yeni internet televiziya açacağı və bu televiziyanın “istipress.com” ünvanında yerləşəcəyi barədə xəbərlər yayıb.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

“Akif Çovdarovun keçmiş əməlləri ilə indiki hərəkətləri tərs mütənasibdir”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: