Loading...
Loading...

“ANS-ə basqıların arxasında Prezident Administrasiyasındakı bəzi şəxslər dayanır”

Mehman Əliyev: “Son olaylar onlar üçün əsl fürsət oldu”

“Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev 24saat.org-a açıqlamasında ANS telekanalının bağlanmasına münasibət bildirib. Telekanalın bəlli bir müddətdir ki, basqı və təzyiqlərdən əziyyət çəkdiyini bildirən ekspert, ANS-in fəaliyyətinin Prezident Administrasiyasındakı bəzi şəxslərin “xidməti” sayəsində dayandırıldığına diqqət çəkib:
“ANS-ə qarşı basqılar bundan öncə də olub. Telekanal da çalışıb ki, bu hücumlardan müəyyən formada müdafiə olunsun. Prezident Administrasiyasında təmsil olunan bəzi adamlar var ki, onlar ANS-ə qarşı hücumlarda maraqlı olub. Son hadisələr isə onlar üçün fürsət oldu və bunu bayraq edərək telekanalın fəaliyyətinin dayandırılmasına nail oldular. ANS-in tam, yoxsa müvəqqəti bağlandığını zaman göstərəcək. Hesab edirəm ki. telekanalın fəaliyyətini bərpa etsələr də, daha çox senzura tətbiq edəcəklər. Necə ki, 2006-cı ildə belə bir hadisə oldu. Həmin vaxt telekanalı demək olar ki, bağlayırdılar. Bu cür hallar çox böyük asılılıq yaradır. Çünki telekanl qarşısına şərtlər qoyulur. Bu, telekanal üçün çox böyük təzyiqdir. Burda məntiq birdir. Müstəqil fikir söyləmək cəhdi cəzalandırılır”.

Seymur Əliyev

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Rusiya saxta səhifə və hesablarla Trump-ı necə dəstəkləyir?

Loading...
%d bloqqer bunu bəyənir: