Ankarada terrorçu-kamikadze tutuldu

Ankarada terrorçu-kamikadze olduğu ehtimal edilən şəxs saxlanılıb.

Polis əməkdaşları Suriya ilə həmsərhəd Hatay əyalətindən gələn sərnişin avtobusunu yoxlayarkən sərnişinlər arasında İstanbul məhkəməsinin qərarı ilə axtarışda olan şəxsi aşkar ediblər.

Saxlanılan şəxsin 26 yaşlı Qars sakini olduğu bildirilir. Onun “Əl Qaidə” terror təşkilatının üzvü olduğu və qruplaşma tərəfindən kamikadze qismində terror aktı törətməyə hazırlandığı qeyd olunur.

APA.az

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Ərdoğanla Davudoğlu körpüdən birgə keçdilər – FOTO

%d bloqqer bunu bəyənir: