Ankarada etiraz aksiyaları qadağan edilib

Ankaranın şəhər hakimiyyəti noyabrın 30-na qədər istənilən kütləvi yığıncaq və nümayişlərin keçirilməsini qadağan edib.

Moderator.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyinə istinadən “Life” məlumat yayıb.

Şəhər administrasiyası bu qərarını ölkə hökumətinin xalqın təhlükəsizliyini və ictimai asayişini təmin etmək məqsədilə fövqəladə vəziyyətin müddətinin uzatması ilə izah edib.

Bundan başqa, Ankara valisinin ofisindən bildiriblər ki, şəhərdə və əyalətdə terror aktlarının hazırlandığına dair informasiya mövcuddur. Terrorçular öz əməllərini məhz kütləvi yığıncaqlar zamanı keçirməyi planlaşdırırdılar.

Loading...

“ABŞ-ın yaradacağı yeni anti-İran alyansında Türkiyə də yer alacaq”

Sonrakı Yazı »

Donald Tramp SİRLƏRİNİ AÇDI: “O gözəlçə yataqda möcüzədir”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: