Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ANKARA anonsu verilən yeni çevriliş planının detallarını açıqladı – TÜRKİYƏ ZÜLMƏTƏ BÜRÜNƏCƏK

Ankara Böyükşəhər Bələdiyyə Başqanı Melih Gökçek sosial mediada həyəcanla müzakirə edilən 14 Avqustda yenidən baş verəcək çevriliş anonsunun detalları barədə danışıb.

24SAAT.ORG saytı xəbər verir ki, Gökçek “FETÖ” tərəfdarlarının planının nə olduğunu bildiklərini iddia edərək onların planını açıqlayıb. Gökçek bildirib ki, Gülən tərəfdarları həmin tarixdə bütün Türkiyəni bir həftə elektriksiz qoymaq, transfarmatorlarıpartlatmaq kimi xain planlar hazırlayıblar.

“Demokratiyanın keşiyində” aksiyasının 21-ci günündə də növbə tutan vətəndaşları ziyarət edən Gökçek “15 İyul Kızılay Demokratiya Meydanı”nda vətəndaşlara səslənərək bildirib ki, yadınızdadırsa, bir gün elektrik tamamən kəsilmişdi, xatırlayırsınızmı? Bu təxribatı edən də bu şərəfsiz “FETÖ”‘ tərəfdarlarından başqası deyildi. İndi eyni qaydada bütün Türkiyəni bir həftə elektriksiz qoymaq, bütün transfarmatorları partlatmaq niyyətindədirlər. Bunu da əvvəlcədən bildiyimiz üçün, niyyətlərini reallaşdıra bilməyəcəklər.  Biz buradayıq Allahın izni ilə. ”

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Adamı özündən bezikdirən Tiflis – REPORTAJ

%d bloqqer bunu bəyənir: