Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
xa

Angela Merkel Facebook və Google-un sirlərini “açmaq istəyir”

Angela Markel deyib ki, Google və Facebook kimi şəbəkələr, habelə internetdəki axtarış mühərrikləri adamların nələri görməsinə necə təsir etdikləri barədə sirri ictimaiyyətə açmalıdır.

Almaniya kansleri deyib ki, internet platformalarının işlətdiyi alqoritmlərin ətrafındakı məxfilik açıq debatlara təhlükə yaradır.

O deyib ki, yaxşı araşdırma imkanı olmayan bir çox adamlar hadisələr barədə təhrif olunmuş və ya senzuralanmış təsəvvür əldə edə bilərlər.

Google və Facebook alman qəzeti “Der Spiegel”ə deyiblər ki, onlar ictimaiyyətə necə işlədikləri barədə çoxlu informasiya verirlər.

Xanım Merkelin çağırışı Almaniya siyasətçilərinə proqramların necə işləməsini təhqiq etmək imkanı yarada bilər.

“Məlumatlı vətəndaşlar”
“Bu bizim ciddi diqqət verməli olduğumuz vəziyyətdir” – deyib xanım Merkel bu həftənin əvvəllərində Münhendə keçirilmiş Medientage konfransında.

“Böyük internet platformaları alqoritmlər vasitəsi ilə iynə gözünə çevrilirlər və şaxələnmiş media istifadəçilərə yetişmək üçün bu iynə gözündən keçməyə məcbur olur – deyib Almaniya kansleri, – Bu alqoritmlər şəffaf olmayanda bizim qavrayışımızın təhrifinə, informasya genişliyimizin daralmasına səbəb ola bilər”.

Xanım Merkel alqoritmlərin ictimailəşdirilməsinə çağırıb ki, “məlumatlı vətəndaşlar” onlara sosial media, xəbər bülletenləri və axtarış nəticələri vasitəsilə yedizdirilən təsirləri görə bilsinlər.
Kansler deyib ki, bir çox hallarda informasiya, mənbələrin məhdudlaşdırılmış siyahısından gəlir.
Məlumat alqoritmlərinin necə işləməsi və mümkün ziyanı barədə geniş yazılar müəllifi alim Cathy O’Neil deyib ki, Facebook-un paylaşdığı əsasən texniki məlumatlardır və onların təsiri məsələsinə indiyədək toxunulmayıb.

Alim deyib ki, adamlara tənzimləmədən qorxmadığı üçün öz təsirini ölçməyə ehtiyac duymayan platforma lazımdır.

Bu ilin sonlarında bütün partiyalardan olan Almaniya siyasətçiləri Facebook, Google və başqa internet firmalarının alqoritmlərinə dair təhqiqatın nəticələrini Avropa İttifaqının rəqəmsal texnologiyalar komissarı Gunther Oettinger-ə təqdim edəcəklər.

“Kansler çox mühüm məsələyə toxunub” – deyib cənab Oettinger “Der Spiegel” məcmuəsinə.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Tramp Klintonla fərqi azaltdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: