Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ancelina Colidən iftarda müsəlmanlara jest – FOTO

ABŞ-ın dövlət katibi Con Kerri və Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqın məsələləri üzrə xüsusi elçisi, aktrisa Ancelina Coli iftar süfrəsində bir araya gəliblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Coli Dünya Qaçqınlar günü münasibətilə Dallas bölgəsi Müsəlman Topluluğunun (ADAMS) təşkil etdiyi mərasimdə çıxış edib:
“İnsanlar bərabər doğulub və hər kəs eyni hüquqlara malikdir. Bəzi insanların digərlərindən daha dəyəri olduğun düşünmək demokratik ölkələrə yaraşmaz”.
Diqqət çəkən məqamlardan biri aktrisanın nitqinə “Salam eleykum” deyərək başlaması olub. O, müsəlman dünyasının ən müqəddəs ayı Ramazan haqda da danışıb.
Kerri isə “bütün qaçqınları toplasaq dünyanın ən çox əhalili 22-ci ölkəsi yaranacaq” deyib. Fərqli dinlərdən təmsilçilərin qatıldığı iftarda axşam azanını ABŞ ordusunda xidmət edən müsəlman əsgər oxuyub.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Aİ nümayəndələri Rusiyaya qarşı sanksiyaları dəstəkləyirlər

%d bloqqer bunu bəyənir: