Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qad

“Anasına bax qızını al” məsəlinin elmi əsasları varmı?

Kimdir sədaqətsiz- qadınlar, ya kişilər?

“The Independent” yazır ki, sədaqətsiz ər və arvadlar üçün tanışlıq saytı Illicit Encounters-in apardığı rəy sorğusu qadınların kişilərdən xəyanətə daha çox meylli olduqlarının səbəbini aşkar edib.
Tanışılıq portalının apardığı yeni rəy sorğusu həyat yoldaşına xəyanət edən şəxslərə onların valideynlərinin təsirini öyrənib.

Britaniyada 2004-cü ildən 100 minədək istifadəçisi olan sədaqətsizlik saytı yarısı kişi, yarısı qadın olmaqla 1000 nəfər arasında sorğu aparıb.

Məqsəd sədaqətsiz şəxslərə onların valideynlərinin təsirini aşkara çıxarmaq idi.
Nəticədə bəlli olub ki, ərlərinə xəyanət edən qadınların 71 faizinin anaları da öz ərlərinə sədaqətsiz olublar.

Müqayisədə xəyanətkar kişilərin yalnız 45 faizinin atası onların analarına xəyanət edib.
“The İndependent” yazır ki, Illicit Encounters saytının sözçüsü Christian Grant “kişilərin qanında sədaqətsizlik olmasını” alt-üst edən bu sorğu barədə şərh verib.

Sözçünün dediyinə görə, sorğudan məlum olan başqa bir həqiqət budur ki, geniş yayılmış inama baxmayaraq kişilər heç də arvadlarına xəyanət etməkdən qürur duymurlar.
Əksinə, məlum olub ki, arvadlarına xəyanət edən kişilər bunun atalarının qulağına çata biləcəyindən daha çox narahat olublar. Rəyi soruşulan kişilərin 86 faizi deyib ki, ataları bundan xəbər tutsaydı bu əməllərinə son qoyardılar.

Şəxsin sədaqətsiz olmasına onun valideyninin təsirini belə bir nəticə də göstərir ki, rəyi soruşulan qadınların 66 faizi analarının xəyanət etdiyinə görə sədaqətsizliyə normal baxdıqlarını bildirib.
Ən maraqlısı isə budur ki, sorğunun bir sualına qadınlar da, kişilər də eyni cavabı veriblər. Kişilərin 83, qadınların isə 89 faizi xəyanətin yaxşı bir əməl olmadığını dərk etdiklərini söyləyiblər.

Başqa sözlərlə qadınları qınamağa tələsməyin.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Ərim artıq arvadım oldu” – ŞOK HADİSƏ

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: