24 saat

Ana və 2 azyaşlı övladı faciəvi şəkildə öldü


Bu gün saat 17:00 radələrində Xətai rayonu ərazisində 3 şəxsin – 35-40 yaşlarında şəxsiyyəti hələlik istintaqa məlum olmayan qadın və onun 3, 5 yaşlarında olan övladlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və prokurorluğun birgə yaydığı məlumatda bildirilir. ilkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin hadisəni törədən 1989-cu il təvəllüdlü Orxan Heydərovdur. O hadisəni idarə etdiyi “Chevrolet” markalı, 10 PV 731 dövlət nömrə nişanlı avtomaşınla törədib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. O. Heydərov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: