Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ana öldü, 16 yaşlı oğlunun vəziyyəti ağırdır – Tovuzda qəza

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

24saat.org-un APA-ya istinadən məlumatına görə, hadisə yolun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Onlar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

1969-cu il təvəllüdlü Almaz Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Onun oğlu, 2000-ci il təvəllüdlü Dulqay Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Banka kredit borcunu ödəyə bilmədi, borc axtardı, narkotiklə tutuldu –MƏHKƏMƏ

%d bloqqer bunu bəyənir: