Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Amnistiya aktı iyunun 15-də qüvvəyə minəcək

“1995-ci ildən bu günə qədər 61 əfv fərmanı və 10 amnistiya aktı qəbul edilib”.

Bunu Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Milli Məclisin Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirə olunduğu xüsusi iclasında deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə amnistiya aktının iyunun 15-dən qüvvəyə minəcəyini qeyd edib: “Hər 100 min nəfərə münasibətdə respublikamız keçmiş sovet ölkələrini qabaqlayıb, Avropa ölkələri ilə bir sıradadır. Amnistiya aktı məhbusların ümumi sayının üçdə birinə şamil ediləcək və bu sahədə Azərbaycanın göstəricisi daha da yaxşılaşacaq. Bundan əvvəl amnistiya aktı şamil olunan məhbuslar arasında təkrar cinayət törədənlər, demək olar ki, yoxdur. Bu da amnistiya aktının məqsədinə nail olduğunu göstərir”. Daha sonra qərar layihəsi ilə bağlı müzakirə başlayıb. (APA)

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Erməni deputat: “Sərkisyan yalan deyir, bir kənd də itirmişik…”

%d bloqqer bunu bəyənir: