Amnesty gənc fəallarla bağlı açıqlama yayıb

Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı mayın 10-da saxlanmış gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun azadlığa buraxılmasına çağıran açıqlama verib. Qurum fəallara qarşı işgəncə iddialarını da araşdırmağa çağırır.

Bayram Məmmədov və Qiyas İbrahimov keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazandan sonra saxlanıblar. Hüquq-mühafizə orqanları gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir. Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar polis idarəsində işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər bu iddiaları təkzib edib.

Amnesty International beynəlxalq ictimaiyyəti gənclərin azadlığa buraxılması, işgəncə iddialarının araşdırılması tələbiylə Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Kürdəxanı təcridxanasına məktub yollamağa çağırır.

Loading...

Politoloqdan ŞOK – “Həmin erməni Azərbaycandadır”

Sonrakı Yazı »

Beyləqan: başçı Fondun tikdiyi baxçanı qıfıllayıb

%d bloqqer bunu bəyənir: