Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Amerikalı həmsədr: “Prezidentlər anlayır ki, Qarabağda yeni müharibə fəlakətə səbəb olacaq”

“Əgər münaqişə tərəfləri Qarabağ problemini həll yolunu görməsəydilər, onda danışıqlar aparmazdılar”.

Modern.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiostansiyasına açıqlamasında deyib.

“Hər iki prezident anlayır ki, müharibəyə qayıdış region üçün fəlakətlə nəticələnəcək. Bizim məqsədimiz danışıqlarda irəliləyişə nail olmaqdır. Münaqişənin həlli üçün uyğun zəmin yaranıb. Yeni müharibənin baş verməsinə yol verə bilmərik. İllər sonra situasiya daha asan olmayacaq”.

Uorlik həm ABŞ, həm Rusiyanın, həm də Fransanın münaqişəyə eyni mövqedən baxdığını vurğulayıb.

Həmsədr Rusiyanın tərəflərə silah satmasına baxmayaraq, müharibənin yenidən başlanmasında maraqlı olmadığını deyib”.

“Biz əminik ki, Rusiya bu məsələdə səmimidir. Bundan əlavə, Rusiya prosesdə ən şəffaf mövqeyi sərgiləyir. Dağlıq Qarabağ münaqişəsi Fransa, ABŞ və Rusiyanın mövqelərinin üst-üstə düşdüyü problemlərdəndir”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ramil Usubovdan yeni – TƏYİNATLAR

%d bloqqer bunu bəyənir: