24 saat

Amerikalı həmsədr Qarabağla bağlı tərəqqi gözləyir


ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələlər üzrə tərəqqi əldə olunmasını səbirsizliklə gözləyir.

Virtualaz.org-un məlumatına görə, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Tvitter səhifəsində yazıb. “Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşlər başa çatdı. Biz əsas məsələlər üzrə tərəqqini səbirsizliklə gözləyirik”, – deyə o bildirib.

Xatırladaq ki, həmsədrlər BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçiriblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: