Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Amerikalı generaldan Azərbaycana hərbi təklif

ABŞ Azərbaycanla birgə hərbi təlimlər keçirməyi təklif edib. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Ben Hodces bildirib.

General hesab edir ki, Amerika əsgərlərinə bu regionda təcrübə yığmaq faydalı olar. ABŞ-ın Azərbaycanın birgə təlimləri keçirməyə razılaşacağı halda öz hərbçilərini ölkəyə göndərməyə hazır olduğunu bildirib.

“Mən istəyirəm ki, bizim hərbi qulluqçularımız Azərbaycana gəlsinlər, təlimlərdə iştirak etsinlər və bu region üçün tipik təcrübəni əldə etsinlər”, – deyə hazırda Azərbaycanda səfərdə olan general bildirib.

General-leytenant Ben Hodces

General-leytenant Ben Hodces

Bu gün Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov ölkəmizdə səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan Baş Qərargah rəisi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik, o cümlədən atəşkəsin pozulması səbəbləri, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və onların nəticələri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən və qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-leytenant B.Hodces bu görüşün Azərbaycan ilə ABŞ-ın Avropadakı quru qoşunları arasında əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına ümidvar olduğunu bildirib. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər ətraflı müzakirə olunub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Xədicə İsmayılın azadlığı ilə bağlı qərar ən yüksək səviyyədə qəbul edilib”

%d bloqqer bunu bəyənir: