Loading...
Loading...

Amerikalı diplomat: “Putin bunun üçün hər şey edir”

“Birləşmiş Ştatlar Rusiyanı cilovlamalı və onun hərəkətlərinə cavab verməlidir”.

Publika.az xəbər verir ki, bu fikri Estoniyanın “Postimees” nəşrinə müsahibəsində ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol səsləndirib.

Makfol bildirib ki, Rusiyanın hərəkətləri NATO-nu təhlükəyə cavab verməyə məcbur edir. O, hərbi ittifaqın şərqə genişlənməsinin qanuni olduğuna əminliyini ifadə edib.

Krımın ilhaq edilməsində və Ukrayna iqtisadiyyatını dağıtmaq cəhdində Rusiyanı ittiham edən diplomat Qərb ölkələrini cavab addımları atmağa çağırıb: “Amerika və Avropa Ukraynaya yardım üçün əhəmiyyətli qərarlar qəbul edib. Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Ukraynada demokratiya iqtisadi kollapsa görə dağılacaq. O, bunun mümkün qədər tez baş verməsi üçün hər şeyi edir. Qərb isə bunun baş verməməsi üçün hər şey etməlidir”.

Keçmiş səfir həmçinin vurğulayıb ki, Moskvanın siyasəti ilk növbədə onun özünə ziyan vurub: “Ümid edirəm ki, Rusiya cəmiyyəti bugünkü xarici siyasi kursun zərərini anlayır”.

Dünən Rusiya Federasiya Şurasının təhlükəsizlik komitəsinin sədr müavini NATO Rusiyaya qlobal zərbə vurmaq üçün müharibə meydanı hazırladığını bildirib.

NATO-unun baş katibi Yens Stoltenberq isə daha əvvəl bildirib ki, alyansın Şərqi Avropada batalyonlarını yerləşdirməsinə sərt reaksiya verən Rusiyaya tamamilə haqq qazandırmaq mümkün deyil. O, həmçinin qeyd etdi ki, ittifaq Rusiya ilə qarşıdurmanı istəmir.

Moskva dəfələrlə vurğulayıb ki, NATO qoşunlarının sərhədlərinə yaxınlaşmasına öz təhlükəsizliyinə təhdid kimi baxır.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Uduzan İŞİD döyüşçülərinin yaratdığı yeni TƏHLÜKƏ

%d bloqqer bunu bəyənir: