Loading...
Loading...
105107

Amerika müsəlmanları Trampdan onlara hörmət qoyulmasını tələb etdi…

Moderator.az xəbər verir ki, ABŞ-ın ən böyük müsəlman qeyri-hökumət təşkilatları, Amerika-İslam Əlaqələri Şurası (CAIR), ölkənin yeni başçısı seçilən Donald Trumpun aralarında müsəlmanların da olduğu bütün amerikalıların hüquqlarına hörmət göstərməsi barədə çağırış edib.

ABŞ-da müsəlmanları təmsil edən ən nüfuzlu quruluş olan “CAIR”-ın paytaxt Vaşinqtondakı mərkəzində, 8 noyabr seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçirilib.
“CAIR” direktoru Nihad Avad yığıncaqda söylədiyi nitqdə seçkilərdən zəfərlə çıxan Donald Trumpı təbrik edib. Seçki kampaniyası dövründə Trumpın müsəlmanlara rəftarını xatırladan Avad, yeni prezidentin müsəlmanlar da daxil olmaqla bütün amerikalıların hüquqlarına hörmət göstərməsini istəyib. “Seçimi kimin qazandığından və ya itirdiyindən asılı olmayaraq, Amerikalı müsəlmanlar burada yaşamağa davam edəcək. Heç bir yerə getmirik, haqqımızı yenə tələb edəcəyik. Amerika Müsəlman cəmiyyəti haqsızlığa qarşı mübarizə etməyə, qanunlara uyğun gəlməyə və bütün amerikalıların hüquqlarını və azadlıqlarını qorumağa davam edəcək. “CAIR”, millətimizə kimin liderlik etdiyinə baxmadan Müsəlman cəmiyyətinin qorxusuz və primitiv müdafiəçisi olmağı davam etdirəcək”.
Nihad Avad ABŞ-da yaşayan, ancaq gələcək narahatlıq hissi keçirən müsəlmanlara da səslənib. ABŞ-ın onların da məmləkəti olduğunu vurğulayan Avad “Sizlər də digər bütün Amerikalılar kimi eyni haqq və məsuliyyətlərin sahibsiniz” – deyib.
Xatırladaq ki, ölkənin 45-ci başçısı seçilən Donald Trump, seçki kampaniyası müddətində bir neçə dəfə müsəlmanları hədəf alan açıqlamalar vermişdi. Müsəlmanların ABŞ-a girişinin dayandırılmasını istəyən Trump, ölkədəki məscidlərin də bağlanılmasına yönəlik islmafob çağırışda bulunmuşdu.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Olland yenə güldürdü- KLİNTONA TƏBRİK MƏKTUBU

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: