Advertisements
24 saat

Amerika hərbçilərinin karvanına hücum: Xəsarət alanlar var

Partlayış Əfqanıstanın şimalında Baqram rayonunda Amerika hərbçilərinin karvanı yaxınlığında baş verib, üç polis yaralanıb.

Moderator.az RİA Novosti-yə istiandən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçilərinin karvanı yaxınlığında partlayıcı qurğunu kamikadze-terrorçu işə salıb, amerikalı hərbçilərdən heç kim xəsarət almayıb.
Karvanı müşayiət edən əfqan polisləri yaralanıblar.
Hələlik regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Əfqanıstandakı vəziyyət son aylar kəskinləşib. Daha öncə ölkənin kənd rayonlarında ərazilərə nəzarət edən “Taliban” artıq iri şəhərlərə üz tutub.
Bununla yanaşı, ölkə ərazisində “İŞİD” qruplaşmasının nüfuzu artıb

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: