AMAY Abdulla azadlıqda


Ali Məhkəmə bu gün «AMAY» Şirkətlər Qrupunun təsisçisi Abdulla Abdullayevi 5 il sınaq müddəti tətbiq olunmaqla azadlığa buraxıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Şahin Rəfiyev məlumat verib.

A.Abdullayev 2014-cü ilin aprelində həbs edilmişdi. 2015-ci ilin martından onun və daha 5 nəfərin məhkəməsi başlamışdı.

A.Abdullayev dələduzluqda, səlahiyyət həddini aşmaqda, çirkli pulların yuyulmasında, mənimsəmədə və vəsaitlərin təyinatı üzrə istifadə olunmamasında ittiham olunurdu. 2015-ci ilin sentyabrında o, 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

A.Abdullayev hökmdən kassasiya şikayəti vermişdi.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Naxçıvanın sabiq MTN nazirinin məhkəməsi keçirilib

%d bloqqer bunu bəyənir: