Amanpour: “Xədicəni azadlıqda görmək çox gözəldir…”


CNN telekanalının məşhur aparıcısı Christian Amanpour beynəlxalq Benjamin Franklin mükafatı alarkən azərbaycanlı jurnalist Xədicə İsmayılı azadlığa çıxması münasibətilə təbrik edib.

“Salam. Burda iştirak etmək çox şərəflidir. Bu, ağlasığmaz əhvalatları eşitmək, həyatlarını uzun müddət riskə atmış jurnalistlərin əhvalatlarını dinləmək çox möhtəşəmdir.

Jason-u azadlıqda görmək, Xədicəni azadlıqda görmək çox gözəldir. Amma heyf ki, o indi səyahət edə bilmir. O gərək heç vaxt həbsdə olmamalıydı”.

Christian Amanpour Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Azadlıq Mükafatını alıb.

O, çıxışında avtoritar rejimləri xatırlayıb, onların jurnalistlər üçün yaratdıqları maneələri xatırladıb.

Amanpour həm də deyib ki, onun heç ağlına da gəlməzdi ki, bir gün bu nüfuzlu mükafata layiq görülər.

Benjamin Franklin mükafatı Amanpoura dünyada söz azadlığına verdiyi töhfələrə görə verilib. (azadliq.org)

Paylaş:

ABŞ sözçüsü Türkiyə ilə yaşanan viza krizindən danışdı – UĞUR ƏLDƏ ETMİŞİK

Sonrakı Yazı »

Azərbaycan özünü yeni müharibəyə hazırlayır: Pakistan, İsrail, Türkiyə dəstəyi…

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: