Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
eitan-naeh

Altı illik fasilədən sonra İsrail Türkiyəyə səfir təyin etdi

İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib. NTV telekanalı xəbər verir ki, Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq. Məlumata görə, E.Naeh bu posta gətirilənədək İsrailin Böyük Britaniyadakı səfirliyinin müşaviri işləyirdi.

Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Müsəlmanların düşməni ABŞ-ın dövlət katibi olur

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: