Now Reading:
Alpaqut idman növü İsraildə də inkişaf etdiriləcək – FOTO
Full Article 50 second read

Alpaqut idman növü İsraildə də inkişaf etdiriləcək – FOTO



Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalovla “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak arasında görüş keçirilib. Görüşdə Azərbaycan və İsrail dövlətləri arasında dostluq, idman, ictimai və s. sahələrdə əlaqələrin əhəmiyyəti və gələcək perspektivləri barədə müzakirələr olub.

Modern.az xəbər verir ki, Lev Spivak rəhbəri olduğu təşkilat tərəfindən gələcəkdə İsrail mediasının Alpaqut döyüş sənətinin təbliğinə və inkişafına xüsusi diqqət ayıracaqlarını bildirib. Bu idman növünün İsraildə də inkişaf etdirilməsi üçün bir sıra addımlar atacaqlarını söyləyib.

Qeyd edək ki, Alpaqut milli idman növüdür. Turan coğrafiyasında yaşayan türkdilli xalqların döyüş mədəniyyətlərindən götürülmüş, müasir dövrün şərtlərinə, idman qaydalarına uyğun sintezləşdirilmiş, ərsəyə gətirilmiş bir döyüş sənətidir. Sözün hərfi mənası “alp” “döyüşçü”, “kut” “müqəddəs” deməkdir. “Müqəddəs döyüşçü” mənasını bildirir.

Türk döyüş sənəti olan Alpaqut artıq Türkiyə, Özbəkistan, Qazaxıstan, ABŞ, Kanada, Almaniya, Belçika, Çexiya, Rusiya, Gürcüstan, İran kimi ölkələrdə də inkişaf edib.

Qafar Ağayev

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: