Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Almanların çoxu Türkiyə ilə AB-nin miqrant sazişinə qarşıdır

“The Express” qəzetinin siyasi müxbiri Greg Heffer yazır ki, almanların əksəriyyəti Türkiyənin Avropa İttifaqı üzvlüyünə dair Brüssel və Ankara arasında danışıqların dayandırılmasını istəyir.

Ölkənin bazar günləri çıxan ən böyük qəzeti “Bild am Sonntag”ın keçirdiyi rəy sorğusunda iştirak edənlərin 66 faizi belə düşünür.

Bundan başqa, məlum olub ki, rəyi soruşulanların 52 faizi habelə Ankara ilə bağlanmış miqrant sazişinə son qoymağın düzgün addım olacağı qənaətindədir. Bu sazişə əsasən Türkiyə Avropa İttifaqına qaçqın axınının qarşısını almaldır.

“The Express” yazır ki, “hazırda Ankara bu sazişdən Avropanı şantaj etmək və 77 milyonluq əhalisi üçün Şengen zonasına giriş qoparmaq üçün istifadə edir”. Məqalədə bu da qeyd olunur ki, sazişin bağlanmasından sonra miqrant axını kəskin azalsa da, razılaşmanın davam etdirilməsini rəyi soruşulanların yalnız 35 faizi arzulayır.

Rəy sorğusunda iştirak edənlərin üçdə ikisi Türkiyəyə Avropa İttifaqından hər hansı maliyyə dəstəyinin dərhal dayandırılmasını istəyir.

“The Express” yazır ki, Türkiyəyə Şengen zonasına sərbəst giriş sazişə görə artıq ötən iyun ayında verilməliydi, lakin Avropa Komissiyasının rəyinə görə Ankara onun qarşısına qoyulmuş şərtləri yerinə yetirməyib. Ötən həftəsonu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib ki, Ankaranın vizasız gediş-gəliş tələbi yerinə yetirilməsə, onun ölkəsi miqrant sazişindən çıxacaq.

“The Telegraph” yazır ki, Avropa İttifaqının üzvləri arasında Türkiyə ilə münasibətlərdən narahatlıq hissi artır.

Lakin Almaniya kansleri Angela Merkelin administrasiya rəhbəri Peter Altmaier deyib ki, miqrant sazişinə alternativ yoxdur və o bu sənədin qüvvədə qalacağına ümid edir

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Putin: “Türkiyə şirkətlərinə qarşı sanksiyalar tədricən qaldırılacaq”

%d bloqqer bunu bəyənir: