Now Reading:
Almanlar Türkiyəni Avropa Birliyində görmək istəmir
Full Article 1 minutes read

Almanlar Türkiyəni Avropa Birliyində görmək istəmir



Almanların Türkiyənin Avropa Birliyi (AB) üzvlüyünə baxışını sorğulayan araşdırmanın nəticəsi bəlli olub. Sorğunun nəticəsinə görə,  sorğuda iştirak edənlərin  15 faizi orta və uzun müddətdə AB-in Türkiyəyə qapılarının açılmasının lazımlı olduğunu düşünür. Sorğuya qatılanlardan 80 faizi isə Türkiyənin orta və uzun müddətli AB-nə daxil olmasına qarşıdır.

24saat.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aprel ayından bu yana Türkiyənin AB üzvlüyünə qatılmasına qarşı olanların nisbəti 12 faiz artarkən, Türkiyənin AB üzvlüyünü dəstəkləyənlərin sayı da eyni şəkildə 12 faiz geriləyib.

 

Türkiyədə təxmini 3 həftə bundan əvvəl yaşanan çevrilişə cəhddən sonra dövlətin atdığı addımlara dəstək verənlərin sayı 5 faiz qalarkən, sorğuya qatılanların 90 faizi Ankaranın çevriliş cəhdindən sonra mövqeyindən narahatçılıq keçirir.

 

Bundan başqa iştirak edənlərin böyük bir qismi 69 faiz nisbətlə qaçqın anlaşmasının ləğv edilməsi bahasına Türkiyə ilə vizasız Avropa səyahətləri bazarlıqlarının dayandırılmasının tərəfdarıdır. Tərs görüşdə olanların nisbəti  23 faizdir.

 

Sorğuda iştirak edənlərin 18 faizi çevrilişə cəhddən sonra Alman hökumətinin Ankaraya lazımlı dəstək vermədiyi fikrini müdafiə edərkən, 74 faizlik çoxluq eyni fikirdə deyil.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: