Loading...
Loading...

Almanlar Eldar Mahmudovu prezidentlə niyə səhv salıb?

Sabiq nazirin Almaniya səfərlərinin pərdəarxası…

Sabiq nazir Eldar Mahmudov və onun Almaniya macəraları haqqında 24saat.org-a maraqlı informasiya daxil olub.

Belə ki, özəl mənbədən daxil olan məlumata görə, Almaniyada böyük biznes layihələri reallaşdıran və bu ölkədə öz kapitalını, daşınmaz əmlakını artırmağa xüsusi önəm verən E.Mahmudovun sözügedən ölkəyə ilk səfəri xüsusilə əlamətdar olub.
Mənbənin sözlərinə görə, Almaniyanın hava limanında təyyarədən enən E.Mahmudovun təhlükəsizliyinin təmin edilməsinə cəlb edilən mühafizə xidmətinin sayı o qədər çox olub ki, nəinki sadə alman vətəndaşları, təmtaraqlı səfərlərə adət edən hava limanının yetkililəri belə təşrif buyuran şəxsin prezident olduğunu güman edib. Almanlar hesab edib ki, yalnız dövlət başçısının mühafizəsinə bu qədər mühafizəçi və texnika cəlb edilə bilər.
Mənbənin sözlərinə görə, dəbdəbəli qarşılanmanı xoşlayan E.Mahmudovun mühafizəsini Almaniyada Azərbaycandan özü ilə gələn mühafizəçilərlə yanaşı, bu ölkədəki obyektlərinin mühafizəsini həyata keçirən xeyli şəxs də təmin edirmiş. Belə ki, hələ göydə olan təyyarəni hava limanında şüşələri qara plyonkalarla örtülən xeyli sayda bahalı avtomobil karvanı gözləyirmiş ki, bu da ətrafdakı şəxslərdə böyük maraq doğururmuş.
Bilgili qaynağın sözlərinə görə, məlum mənzərə buna şahidlik edən bəzi almanlarda Azərbaycanda MTN rəhbərinin prezidentdən daha vacib fiqur olması ilə bağlı yanlış fikirlərin yaranmasına səbəb olub.

Mövzunu diqqətdə saxlayacayıq

24saat.org

Anons:

Eldar Mahmudovun Almaniya səfərlərinin başlıca məqsədi nədən ibarət olub?

Sabiq nazir alman iqtisadiyyatının hansı sahəsinə daha həvəslə kapital qoyurmuş?

Eldar Mahmudovun tabeçiliyindəki şəxslər qarşısında Almaniya ilə bağlı qoyduğu əsas öhdəlik nədən ibarət olub?

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Dövlət qurumları şikayət məktubları ilə futbol oynayır”

%d bloqqer bunu bəyənir: