Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Almanlar Ərdoğana bığ qoyub, Hitlerə bənzətdilər – FOTO

Türkiyənin Berlindəki səfirliyinin binası üzərində bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın nasist lider Adolf Hitlerin obrazında şəkili peyda olub.

Bu barədə AzVision.az “The Independent”-ə istinadən xəbər verir.

Məlumata əsasən rəssamlar türk liderin portretinə Hitlerin xarakterik cəhətlərini – bığ və nasist sarğısını əlavə ediblər. Şəkillə yanaşı səfirliyin binasının üzərində “O, geri qayıtdı” ifadəsi də yer alıb. Şəkil binanın üzərinə proektor vasitəsilə əks olunub.

Xəbərə görə, şəkil Almaniyanın “Pixel Helper” aktivist qrupu tərəfindən hazırlanıb.

Onlar bu aksiya ilə Türkiyədə həbs olunan iki jurnalistə dəstək olduqlarını göstərmək istəyiblər.

“Biz, almanlar diktaturanın ilkin vaxtlarında nələrin baş verdiyini yaxşı bilirik. Nasist rejimi və Ərdoğan Türkiyəsi arasında hazırki oxşarlıq insanı qorxudur”, – deyə qrup üzvlərindən biri Oliver Bienkovski bildirib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

ABŞ Səudiyyənin təhdidinə məhəl qoymadı – Qanun layihəsi qəbul olundu

%d bloqqer bunu bəyənir: