Advertisements
24 saat

Almaniyanın xarici işlər naziri Qarabağa gedir


Almaniyanın xarici işlər naziri, ATƏT-in sədri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağa səfər etmək niyyətindədir.

Virtualaz.org bildirir ki, bu barədə ATƏT-in mətbuat xidməti xəbər yayıb.

Məlumatda xatırladılır ki, Ştaynmayer bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Berlində Qarabağ münaqişəsini müzakirə edib.

“Ştaynmayer atəşkəsin möhkəmləndirilməsini alqışlayır. Görüşün iştirakçıları siyasi danışıqların genişləndirilməsi ilə bağlı razılığa gəliblər. Bugünkü danışıqların gedişatında, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılacaq addımlar və Ştaynmayerin regiona qarşıdakı səfəri müzakirə olunub”, – deyə ATƏT-in görüşün nəticələri ilə bağlı bəyanatında bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: