Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Almaniyanın axtardığı azərbaycanlı Tbilisidə tutuldu

İnterpol tərəfindən barəsində axtarış elan edilən Azərbaycan vətəndaşı Elvin İ. Tbilisidə saxlanılıb.

Virtualaz.org “Qruziya onlayn”a istinadən bildirir ki, o, Türkiyədən Gürcüstana keçən zaman “Sarpi” sərhəd miqrasiya nəzarəti məntəqəsində tutulub.

İnformasiyaya əsasən, Elvin İ. barəsində axtarış bu il fevralın 26-da İnterpolun Almaniyanın Visbaden şəhərindəki bölməsi tərəfindən elan edilib.

Məlumatda bildirilib ki, o, Almaniyanın Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunaraq axtarışa verilib. Elvin İ. ağırlaşdırıcı şəraitdə qarət törətməkdə şübhəli bilinir.

Xəbərə görə, onun Almaniyaya ekstardisiyasının hüquqi tərəfləri araşdırılır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Şirvanda yanacaqdoldurma məntəqəsinə maskalı basqın

%d bloqqer bunu bəyənir: