Almaniyada “Facebook”un CEO-su Zuckerberg-ə qarşı cinayət işi açıldı

Almaniyada Facebook-un CEO-su Mark Zuckerberg haqda cinayət işi açılıb. Səbəb isə Facebook-un “insanları təhrik etməsidir.”

Xatırladaq ki, bənzər addım ilin əvvəlində də baş vermişdi. Bu zaman “Facebook”un rəhbəri Mark Zuckerberg, “Facebook”un digər əməkdaşı Sheryl Sandberg və bir neçə digər şəxs haqda cinayət işi açılıb lakin nəticəsiz qalmışdı.

Bu dəfə isə adı hallanan şəxslərdən əlavə siyahıya yeniləri də əlavə olunub. Bunlar arasında Avropanın baş lobbicisi Richard Allan və Eva-Maria Kirschsieperi də yer alır. Cinayət işinə əsas olaraq Facebook-da edilən təhdid, cinayət və digər mənfi paylaşımları tolerantlıq adıyla yayımına icazə verməkdir.

Technote.az

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Bankomatlarda niyə pul yoxdur?

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: