Advertisements
24 saat

Almaniyada daşqın dağıntılar törədib


Almaniyanın cənubunda baş verən daşqın nəticəsində azı 4 adam ölüb.

Təxminən 1 həftədir ki, davam edən leysan yaşğışları nəticəsində çaylar məcrasından çıxıb və onlarla şəhəri su basıb.

Avstriya sərhədinin yaxınlığında yerləşən Simbax şəhərində 4 qadın ölüb.

Sel sürətlə gəldiyindən onlardan 3-ü macal tapıb evdən çıxa bilməyiblər.

“Ölənlərdən 3-nü dünən yanğınsöndürənlər aşkar edib. Onlar birinci mərtəbədə olublar. Xilasedicilər yuxarı mrtəbədən 2 nəfəri evakuasiya ediblər və məlum olub ki, 3 nəfər aşağıda qalıb. Axtarış aparılıb və məlum olub ki, onlar ölüblər”, Aşağı Bavariya dairəsi polis idarəsinin nümayəndəsi Armin Anqloerdeyir.

Başqa bir binadan isə daha 1 qadının cəsədi tapılıb.

Təcili xidmətin əməkdaşları hazırda yolları təmizləyir, elektrik enerjisini bərpa etməyə çalışırlar.

Yanğınsöndürənlər küçələrdən suyu nasosla çəkir, bir neçə rayon təcrid vəziyyətinə düşdüyündən, oralara yalnız qayıqla getmək mümkündür.

Sinoptiklərin məlumatına görə, yaxış cümə axşamı da davam edəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: