Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Almaniya növbəti dəfə Türkiyənin imicini zədələməyə çalışır”

 

Qabil Hüseynli: “Türkiyə demokratik dövlətdir və kimsə üçün təhlükə vəd etmir”

Məlum olduğu kimi, Almaniya XİN-i qondarma “erməni soyqırım”ının qəbul edilməsi təklifinə səs verən türk əsilli 11 Bundestaq deputatına Türkiyəyə getməməyi tövsiyyə edib.  Almaniya XİN-i hesab edir ki, bu cür səfərlər türk deputatların həyatı üçün təhlükəli ola bilər.

Maraqlıdır, alman XİN-nin bu bəyanatı türk əsilli Bundestaq deputatlarının təhlükəsizliyindən doğan səmimi açıqlamadır, yoxsa bu bəyanatın əsl mahiyyəti Türkiyənin zorakılığa meyilli dövlət olduğuna diqqət çəkmək, onun beynəlxalq nüfuzuna zərbə vurmaqdır?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən politoloq Qabil Hüseynli məlum bəyantın Türkiyənin imicini korlamaq məqsədi daşıdığını vurğuladı:

“Təbii ki, bu bəyanatla Almaniya XİN-i Türkiyənin imicini zədələməyə çalışır. Belə bir təəssürat yaratmağa çalışır ki, Türkiyə demokratik dövlət deyil və burada fərqli fikirlərə görə insanlar təzyiqlə üzləşir. Halbuki, bu, belə deyil. Türkiyə demokratik dövlətdir və kimsə üçün təhlükə vəd etmir. Bu baxımdan həmin deputatların Türkiyəyə gəlməsində heç bir problem yoxdur. Baxmayaraq ki, həmin deputatların Türkiyə ilə əlaqəsi əslində çoxdan kəsilib. Onlardan yalnız Cem Özdəmir Türkiyəyə gəlib-gedib ki, bu da PKK tərəfdarlarının keçirdiyi aksiyalarda iştirakla bağlı olub. Bir sözlə, Almaniya XİN-nin açıqlaması xoş məramdan irəli gələn açıqlama deyil və Türkiyənin nüfuzuna zərbə vurur”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Formula-1” hökumətin növbəti korrupsiya layihəsidir”

%d bloqqer bunu bəyənir: