Almaniya fərdi investorlar üçün ən cazibədar ölkədir

Bütün dünyadan fərdi investorlar vəsaitlərini Almaniyaya yatırmağa üstünlük veriblər.

“Report” “Sueddeutschce Zeitung” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumat Almaniya Maliyyə Nazirliyinin hesabatında yer alıb.

Sənəddə bildirilir ki, 2015-ci ildə Almaniya ÜDM-nin 18%-nə bərabər həcmdə olan investisiyalar əsasən maşınqayırma, avadanlıq istehsalı, daşınmaz əmlak və digər sahələrə qoyulub. Bununla da Almaniya dünyanın inkişaf etmiş sənaye ölkələri arasında lider mövqeyə yüksəlib.

Hesabata görə, 2014-cü ildə bu sahədə liderlik Fransaya aid olub. Ötən il Fransa ÜDM-in 17%-i investisiya göstəricisi ilə 2-ci, ABŞ 16%-lə 3-cü və Britaniya 14%-lə 4-cü olub.
Fərdi investisiyalar sferasında liderliyə baxmayaraq, Almaniya dövlət investisiya dəstəyi proqramında xeyli geridə qalıb. Belə ki, ölkəyə qoyulan investisiyaların yalnız 10%-i dövlət tərəfindən maliyyələşdirilir. Geri qalan 90% investisiyalara isə şirkətlər və fondlar tərəfindən vəsait yatırılır.

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

ABŞ prezidentliyinə namizədin “ölüm” xəbəri yayıldı

%d bloqqer bunu bəyənir: