Loading...
Loading...

Almaniya Bundestaqında Qarabağla bağlı bəyanat yayıldı

Bundestaqda fəaliyyət göstərən Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq drupu Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin eskolasiyası ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq bəyanatla çıxış edib.

Cəmiyyətdən AzərTac-a daxil olan bəyanatda bildirilir ki, parlamentlərarası dostluq qrupu bir neçə həftə əvvəl Dağlıq Qarabağ regionunda zorakılıq hallarının yenidən baş qaldırması ilə bağlı dərin narahatçılıq hissi keçirir. Hazırda bölgədə baş verən zorakılıq hallarına mümkün qədər qısa vaxtda son qoyulmalıdır. Bu münaqişədə insan itkisi həddən artıq çoxdur.

“Bu il Almaniya Federativ Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrlik missiyasını həyata keçirir. Biz insan itkilərinin qarşısını almaq üçün ATƏT və bu məsələ ilə məşğul olan Minsk qrupu çərçivəsində çevik tədbirlərin görülməsini tələb edirik. Münaqişə bölgəsində gərgin vəziyyətin səngiməsinə səmərəli töhfə vermək üçün bu il Almaniya geniş imkanlara malikdir. Ermənistan Prezidenti ilə birgə mətbuat konfransında federal kansler Angela Merkel münaqişənin həllində Almaniyanın ATƏT-də sədrliyi çərçivəsində oynaya biləcəyi konstruktiv rolu bir daha təsdiqləyib. Parlamentlərarası dostluq qrupu federal kanslerin bu mövqeyini dəstəkləyir” – deyə bəyanatda vurğulanır.

Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində status-kvonun beynəlxalq hüququn prinsipinə tamamilə zidd olduğu vurğulanıb. Buna son qoyulmalıdır. Parlamentlərarası dostluq qrupu Cənubi Qafqaz regionunda zorakılığa son qoyulması üçün bu qətnamələrin yerinə yetirilməsinin vacibliyini dəstəkləyir. Davamlı atəşkəsə nail olunması danışıqlar masasına qayıtmaq üçün əsas tələbdir.

Bəyanatda Azərbaycan tərəfinin birtərəfli qaydada hərbi əməliyyatların dayandırılması haqda qərarı müsbət hal kimi dəyərləndirib. Bunun mövcud böhranlı vəziyyətin səngiməsinə müsbət impuls verəcəyinə əminlik ifadə olunub, hazırda atəşkəsə hər iki tərəfin riayət etməli olduğu qeyd edilib.

Bəyanatda, həmçinin diqqətə çatdırılır ki, dostluq qrupu davamlı sülh danışıqlarını dəstəkləmək üçün beynəlxalq vasitəçi kimi münaqişə iştirakçıları ilə aparılan danışıqlar prosesinə qoşulmağa hazırdır. Cənubi Qafqaz ölkələrinin parlamentləri ilə əməkdaşlığın inkişaf etdirilməsindən əlavə, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət parlamentlərarası dostluq qrupunu narahat edən ən ümdə məsələlərdən biridir. Biz sülh şəraitinin yaradılması prosesini gücləndirməyə çalışırıq. Baxmayaraq ki, bu, həddən artıq mürəkkəb prosesdir. Xüsusilə də ATƏT-də sədrliyimiz fonunda bu qəbuledilməz vəziyyətə tezliklə son qoyulması üçün vasitələr tapmaq bizim mənəvi vəzifəmizdir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Avropadan Azərbaycan hakimiyyətinə zərbə – SANKSİYA XƏBƏRDARLIĞI

%d bloqqer bunu bəyənir: