Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Almalı” marketlərinin yaranmasının və dağılmasının – Şok sirrləri

Yəqin ki, Azərbaycanda hər kəs “Almalı” marketlərini xatırlayır.

Doğrudan da müstəqil Azərbaycanda ilk dəfə  idi ki, möhtəşəm və iri marketlər şəbəkəsi yaradılmışdı.  Muasir dövrün tələblərinə cavab verən bu marketlər əhalinin maraqlarını üstün tutaraq həm qiymət siyasətində, həm də çeşid müxtəlifliyində ticarət obyektləri arasında bir nömrəyə çevrilmişdir.
Qisa zaman kəsiyində “Almalı” marketləri topdan satış mərkəzlərinin,  iri və orta sahibkarların “qibləgahına” çevrilmişdir. “Almalı” marketlər şəbəkəsi ilə əməkdaşlıq etmək üçün  sahibkarlar ən yüksək səviyyədə tapşırıqlar, tanışlıq və ən başlıcası “”Almalı”” rəhbərliyini müxtəlif yollarla maraqlandırdıqdan sonra həyata keçirə bilərdilər.
Qısa zamanda respublikanın ən iri şəhərlərində açılan marketlər günlərin bir günündə yarandığı kimi də qeyb oldu.
Nədən belə oldu? Nədən bu qədər işçi işsiz qaldı? Bu qədər avadanlıq sahibsiz qaldı? Nədən “Almalı” ilə əməkdaşlıq edən sahibkarlar ziyan çəkdi. Cavabı dərin araşdırmadan sonra bəlli oldu. Əlbəttə çoxları bunu bilib şok olacaq. Çünkü muasir Azərbaycanda bunu etmək çətin olardı. Yəqin ki, çoxları Azərbaycanın keçid dövrünə təsadüf edən “Vahid” Bank fırıldağını xatırlayır. O dövrdə əhalini aldadaraq varını yoxunu əlindən alan “Vahid” Bankı. Sual yaranır ki, fırildaq üzərində qurulan “Vahid” Bankla “Almalı” marketlərinin nə əlaqəsi?!
Araşdırmanın nəticəsi haqda Arayış!
2006- cı ildə “Almalı” marketləri açılmağa başlayıb. Yaranma dövründə əhali arasında marketlər şəbəkəsini “Krokus” şirkətinin rəhbəri cənab A.Ağalarovun adıyla bağlayırdılar. Araşdırmalardan aydın oldu ki, bu şayələr də məqsədli olub.  “Almalı” marketlərinin yaranmasının müəllifi Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Fuad Namiq oğlu Axundov olub. Məlumat üçün onu qeyd edək ki, Fuad Axundov bu vəzifədən 2001- ci ildə Heydər Əliyev tərəfindən kənarlaşdırılmışdı. ABŞ-da təhsil almış Fuad Axundovun etibarını itirmə səbəbi isə onun Bank aktivlərinin öz maraqları çərçıvəsində idarəetməsi və küllü miqdarda dələduzluq niyyəti ilə  mənimsəmə planlarının aşkarlanması olmuşdu. Sonra F.Axundov mənimsənilmış vəsaitlərlə İngiltərəyə qaçmış və orada çoxsaylı daşınmaz əmlak sahibi olmuşdu.
Nəhayət 2006-cı ildə  Beynəlxalq Maliyyə Korporasiyası bayrağı altında Azərbaycana sərmayə qoyuluşu adı ilə “ADA”  şirkətlər qrupu yaradır və “Almalı” marketlər şəbəkəsi qurur. İxtisasça maliyyəçı menedjer olduğundan qısa zamanda gözə çarpan, cəlb edici görüntü və reklamlardan istifadə etməklə yüksək səviyyəli Brend ticarət şəbəkəsi yaradır. Azərbaycanda misli olmayan iri ticarət şəbəkəsi əhalinin bütün təbəqələrinin sevimlisinə çevrilir. Bu səbəbdən sahibkarlar bir-birləri ilə rəqabət edərək “Almalı” ilə əməkdaşlıq etməyə can atırdılar. Hətta sahibkarlar “Almalı”ya  mal verməkdən ötrü “şapka” verirdilər. Bu andan da mərhələli formada maliyyə fırıldağına start verilir. Mərhələli formada mal verən sahibkarlara süni borclar yaranır. Bu borclar mal verən sahibkaları narahat etmirdi, çünkü süni yaradılmış, “Almalı” bazarına girmək problemi sahibkarları bu fikirdən uzaqlaşdırırdı. Afyorun da başlıca məqsədi bu idi.
Maksimal borclanmaya getdikdən sonra  “Almalı” ticarət şəbəkələrində işləyənlərin də son altı aylıq əmək haqqısı verilmədi. Beləliklə sahibkarlara borclanma, vergi borcları, icarə haqlarının borcları (icarəyə götürülmüş mağazalar), kredit borcları, maaş borcları maksimal səviyyəyə qaldırıldıqdan sonra  “Almalı” şəbəkəsinin müflüsləşməsi elan edildi.
İlkin hesablamalara görə, nisyə mal vermiş sahibkarların 50mln. manata, icarə borcları üzrə 250 min. manat, vergi borcları üzrə 2 mln. manata qədər və banklardan alınmış kreditlər mənimsənilmişdi. Əlbəttə ki, ticarətdən ən az anlayışı olan belə anlayır ki, ticarətdə ziyan mümkündür. Lakin heç bir xərc qarşılanmamış halda açıq-aşkar satılan malların tam dəyərinin  mənimsənilməsi mümkün deyil. Belə ki, satılmış malların tam dəyəri ticarət dövriyyəsindən mərhələli formada kanarlaşdıraraq mənimsənilmişdi.
Bundan başqa Fuad Axundov özünü Türkiyə, Avropa, MDB dövlətlərində 1- nömrəli top menedjer və bankir kimi qələmə vermiş bir “şəxsiyyət” kimi belə sadə yolla müflüsləşə biməzdi.
Əlbəttə hər bir xırda detal düşünülmüşdü. Fuad Axundov “Almalı” layihəsinə Azərbaycan Beynəlxalq Bankdan onunla bir yerdə uzaqlaşdırılmış komandasını gətirmişdi. Bunlardan Elşad Şirinbəyov (Yasamal ABB filialı), Rafael Hacıyev (Sumqyit ABB filialı), Mobil Şərifov (Gəncə ABB filialı), Bahruz Hüseynov (ABB), Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) və s. qohumlar və tanışlar. Fuad Axundov  Rafael Hacıyevi isə “Almalı” marketlərinin rəhbəri və vəsait yığımına nəzarətçı kimi təyin etmişdi.
Araşdırmalar bir başqa vəziyyəti də üzə çıxardı. “Almalı” rəhbərliyi qeyri-qanuni olaraq sahibkarlardan və digər tanışlardan, aylıq və illik yüksək faiz dərəcələri ödəmək vədləri ilə 15 milyon manata qədər vəsait toplayıb. Bu vəsaitlər də tam şəkildə mənimsənilib.
Xatırlatdığımız kimi, Fuad Axundov maksimal borclanmaya getdikdən sonra bir vaxtlar qərb dünyasında ən geniş yayılmış dələduzluq formasından istıfadə edərək “Almalı” Ticarət şəbəkəsini süni müflis elan edib.  Beləliklə Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümi dəyəri 70 milyon manata qədər vəsaiti  mənimsəyib. Nəzərə almaq lazımdır ki, 70 milyon  manat  2012-ci il tarix üçün 0.78 qəpik məzənnə ilə təxminən 89 745 000 (səksən doqquz milyon yeddiyuz qırx beş min) ABŞ dolları təşkil edirdi. Beləliklədə Fuad Axundov özünü və biznesini süni müflıs etməklə küllü miqdarda vəsaiti ölkədən çıxarıb.
İndi Fuad Axundovun ailəsi İngiltərədə dəbdəbəli həyat sürür (fotolar əlavə olunur). F.Axundovun özü isə hazırda Rusiyanın “Rosatom” Konserninin Türkiyədəki “Akkuyu” layihəsinə rəhbər təyin edilib. Çox güman ki, növbəti meqa dələduzluğunun da qurbanı məhz bu konsern olacaq. Bununla əlaqədar Fuad Axundovun “Akkuyu” layihəsinə özünə müşavir olaraq “Almalı”nın keçmış rəhbəri Rafael Hacıyevi təyin etməsi, artıq prosesin hərəkətdə olmasına dəlalət edir (fotolar əlavə olunur).
Hazırda ziyan çəkmiş  sahibkarların bir araya gəlməsi prosesinə start verilib. Yaxın vaxtlar Bakı Mətbuat Mərkəzində jurnalistlərlə görüş keçirilməsi və Azərbaycan Respublikası Prezidentinə, Baş Prokurora və DİN (Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi)nə Mütəşəkkil formada dələduzluq faktlarının araşdırılması istiqamətində işlərin aparılmasına dair müraciətlər göndəriləcək.
Elmar Həsənov 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Hökumət düşünür ki, hesabat müsbət olmalıdır”

%d bloqqer bunu bəyənir: