Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Alma sirkəsinin istifadə qaydaları

Alma sirkəsi xüsusi kəskin iyə sahib olan maddədir. O mikrobları və bakteriyaları öldürmək qabiliyyətinə sahib olan bir maddədir.
Alma sirkəsindən bir çox xəstəliklərin müalicəsində istifadə edirlər. Onun bəzi faydaları haqqında sizləri məlumatlandırmaq istəyirik.
Alma sirkəsi bağaz ağrılarında.
24saat.org immunitet.az-a istinadən bildirir ki, alma sirkəsi boğazda olan ağrıları aradan qaldırır. Bunun üçün 1/4 stəkan alma sirkəsi və 1 stəkan ilıq su qarışdırılır və qarqara edilir. Bu qarqaradan boğazınızda azca da olsa soyuqdəymə əlamətləri hiss etdikdə eləmək lazımdır. Çünki xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır.
Alma sirkəsi mədə qıcqırmasında.
1 çay qaşığı alma sirkəsinin üzərinə stəkan dolacaq qədər ilıq su tökülüb içildikdə mədədə olan qıcqırma aradan qalxır.
Alma sirkəsi burun tutulması zamanı.
Burun tutulması və qripin ilk əlamətlərində1 stəkan suya 1 çay qaşığı alma sirkəsi tökülür içilir və burunun ətrafı həmin məhlulla silinir.
Saç dərisində kəpək olduqda.
Alma sirkəsi saçları möhkəmləndirir, kəpəklənmənin qarşısını alır və parlaqlıq verir. Bunun üçün eyni ölçüdə alma sirkəsi və su qarışdırılır, saçlar yuyulduqdan sonra saç və saç diblərinə sürtülür. 15 dəqiqə sonra az miqdar su ilə axıdılır. Bir-neçə prosedurdan sonra kəpəklər tamamilə yox olur.
Qıcolmalar zamanı.
Əzələlərdə qıcolmalar kalium çatışmazlığı zamanı baş verir. Bunun baş verməməsi üçün 2 xörək qaşığı alma sirkəsi 1 çay qaşığı bal və 1 stəkan suda həll edilib içilir.
Qaşınmalar zamanı.
Əgər sizin dərinizdə qaşınmalar və ya göbələk xəstəliyi varsa alma sirkəsi batırılmış pambıq tamponla həmin nahiyəni silsəniz əlamətlər aradan qalxacaq. Təbii sirkə, bütün dəri xəstəlikləri zamanı faydalı təsirə malikdir.
Ayaqlarda iylənmələr zamanı.
Axşamlar alma sirkəsi tökülmüş ayaq vannası ayaqları iylənməyə qoymur. Göbələk əleyhinə və antimikrob təsirlərinə görə alma sirkəsi ayaqda olan göbələkləri də sağaldır.
Qarında köpmələr olduğu zaman.
Qarında köpmələr varsa, yeməkdən əvvəl yarım stəkan suya yarım çay qaşığı alma sirkəsi töküb içmək lazımdır.
Evdə xoşagəlməz iy olduğu zaman.
Az miqdar alma sirkəsini suya qatıb evə və mətbəxə çilədikdə evdə olan xoşagəlməz qoxu aradan qalxır.
Sirkə tökülmüş su siə evləri sildikdə həşaratlar yığılmır.
Sirkə ilə vaxtaşırı hamam və tualeti təmizlədikdə kif əmələ gəlmir.
Sirkə və duz qatılmış su ilə xalçaların üzərindəki ləkələri təmizləmək asan olur.
Sirkəli su mebellərin də üstündə olan ləkələri asanca təmizləmək qabiliyyətinə malikdir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Kurtlar Vadisi” bu kanalda

%d bloqqer bunu bəyənir: